Haqqımızda

ORKA INC. 1986-cı ildə “DAMAT” brendi altında kişi geyimləri sektoruna daxil olandan bəri 100% Türk kapitalı əsasında öz brendini yaratmış və dəbi həyat tərzinə çevirərək tam mərkəzdə bərqərar olmuş və 2012-ci ildə həyata keçirilən xarici partnyor ilə müqavilə sayəsində qlobal holdinq strukturu almış şirkətdir.

Müştərinin sevimli kişi geyimləri brendi kimi qeydiyyatdan keçmiş və yüksək keyfiyyətli parça və müəyyən üsluba malik dizaynlar ilə müasir üslüb yaratmış "DAMAT" brendindən sonra ORKA Holding kişi geyimləri sektorunda orijinal dizaynları sayəsində “TWEEN” adını almışdır.

2002-ci ildən etibarən D’S Damat kişi geyimləri sektorunda lider olaraq rəqabət qabiliyyətli qiymətlər ilə keyfiyyət, rahatlıq və dizayn təklif etməyə davam edir. D’S Damat sürətlə innovasiya və rahatlığı özündə birləşdirərək 100% yüksək texnologiya və dizaynla istehsal edilmiş dünya standartına cavab verən geniş kolleksiyası sayəsində ən çox müzakirə olunan brendlərdən birinə çevrildi.






Çeşidli alt kolleksiyaları ilə klassik üslübdan müasir üsluba kimi öz tərzini yaratmaq istəyən kişilərin qarderobuna daxil olan D’S Damat kolleksiyaları kişilərə eleqantlıq və funksionallıq bəxş edir.

ORKA holding kişi dəbində innovasiyalar ilə yadda qalan brend adları ilə bütün dünyada və Türkiyədə 200-dən çox məntəqəyə malik olmaqla Türkiyə dəb sektorunda liderlik etməyə davam edir.

Güclü mənəvi reputasiyaya malik olmaqla və ətraf mühitin qayğısına qalmaqla, bizim şirkət maksimum dərəcədə yenidən işlənməyə yol verən xam materiallara üstünlük verir. Şirkətimiz istehsalat zamanı istifadə olunan bütün materialların təbii olmasına diqqət yetirir və xam materialları ən yaxşı yerli istehsalçılardan satın alır.





Prepared by  T-Soft E-Commerce.